Vitse-spiker: "Paşinyanın Rəsulzadə ilə bağlı dedikləri sayıqlamadır"
12:02 19 May 2020
“Erməni mətbuatında Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, mənim babam faşizmə xidmət edirsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”.
Femida.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Fəzil İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın M.Ə.Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etməsi sayıqlamadır: “Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Baba Paşinyan kimdir?! Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz”.
Femida.az
Oxunub: 838
Oxşar xəbərlər
- Məhəmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür
- Rəsulzadənin fotosu olan maskanı taxdığı üçün saxlanılıb? - DİN-dən AÇIQLAMA
- Rəsulzadənin nəvəsindən Paşinyana cavab
- Rəsulzadənin adı verilən gəmi qəzaya düşdü
- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür - 135 İL
- Rəsulzadənin üçüncü barelyefi - Bu dəfə təkcə adı saxladılar
- Rəsulzadənin barelyefini oğurlayan şəxs tutulub
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün SSRİ tərəfindən ölüm əmri verilən QƏHRƏMAN - "Mixaylo" haqqında gizli qalanlar
- Bakının bu rayonlarında qaz olmayacaq
- “Rəsulzadəyə lazımi qiymət vermirik” - Millət vəkili