Aztəminatlı ailələrə bayram sovqatı paylanılıb


12:10     19 May 2020 20_05_19_1589875746.jpg

Beynəlxalq Ailə Günü münasibəti ilə regionlarda aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Femida.az -a verilən məlumata görə, qurum tərəfindən 15 may Beynəlxalq Ailə Günü münasibəti ilə həyata keçirilən silsilə tədbirlər davam etdirilir.

Avropa İttifaqı, BMT Uşaq Fondu (UNİCEF) və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Komitə nəzdindəki Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin yerləşdiyi 11 regiondan olan 231 aztəminatlı ailəyə “Ailəm” və “ASAN könüllüləri” tərəfindən bayram sovqatı paylanılaraq, uşaqlara bayram sevinci yaşadılıb.





Femida.az

Açar sözlər: #ailə   #yardım   #AQUPDK  

Oxunub: 749