DİN sahibkarlıq obyektlərində yoxlamaların bərpasını istəyir


12:32     19 May 2020 yoxlama.jpg


“Müvafiq qanunvericilik aktlarına əsasən sahibkarlıq subyektlərində yoxlamalar dayandırıldığından son illər kənd təsərrüfatı, ictami iaşə və digər sahələrdə məcburi əmək faktlarının aşkarlanması üzrə monitorinqlər aparılmır”.


Femida.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ancaq məsələnin əhəmiyyəti nəzərə alınaraq həmin yoxlamaların bərpa olunması üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aidiyyatı üzrə məsələ qaldırılıb.

Femida.az

Açar sözlər: #din   #yoxlama   #sahibkar  

Oxunub: 726