May ayında 5 nəfəri ilan sancıb


14:39     19 May 2020 yilan-56.jpg

“May ayında 12 nəfər dərmandan zəhərlənmə ilə Klinik Tibbi Mərkəzə müraciət edib”.

Bunu Femida.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı isə 9 nəfər müraciət edib: “Mayda dərmandan zəhərlənmə ilə əlaqədar ölüm halı qeydə alınmayıb”.

Toksikoloq həmçinin bildirib ki, mayın əvvəlindən indiyədək 5 nəfəri ilan sancıb. Onun sözlərinə görə həmin şəxslər evə buraxılıblar.

A.Maqsudov qeyd edib ki, bu ay ərzində dəm qazından 5 nəfər zəhərlənib.

Açar sözlər:

Oxunub: 591