Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək


15:12     19 May 2020 Milli-meclis-125.jpg

Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub.


“Report”un əldə etdiyi məlumata görə, xüsusi sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilməsi nəzərdə tutulub.

Komitə iclasında "2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini və "2019-cu il dövlət büdcəsinin icrası barədə" hesabatı müzakirə olunacaq.

Sessiya çərçivəsində həmçinin plenar iclaslar da keçiriləcək. İclasların vaxtı barədə isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.

Açar sözlər:

Oxunub: 942