Sosial yardım şərtləri yumşaldılır
19:00 19 May 2020
Sosial yardım almaq hüququ ilə əlaqədar ailələr üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır.
Femida.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir.
Təklifə əsasən, bu səbəblər sırasına ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması daxil edilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Femida.az
Oxunub: 1097
Oxşar xəbərlər
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- Sosial sığorta ödənişlərinin gecikməsinin səbəbi açıqlanıb
- Sosial şəbəkədə tanış olduqları şəxsləri görüşə çağırıb alçaldıcı videolara çəkən dəstə həbs edilib
- Sosial şəbəkələr vasitəsi ilə narkotik satan şəxs tutuldu - VİDEO
- Sosial şəbəkələrdə paylaşım edən hərbçilər işdən çıxarıldı
- Sosial yardımın məbləği artıb
- Sosial müavinətlərin və təqaüdlərin təyin olunması üçün yeni qayda müəyyənləşib
- Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri həbs edilib