Mikayıl Cabbarov onlayn iclasa qatıldı
21:01 19 May 2020
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun ikinci iclasında iştirak edib. Videokonfrans formatında keçirilən iclasa, həmçinin Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksəksəviyyəli şəxsləri qatılıblar.
İqtisadiyyat Nazirliyindən Femida.az -a bildirilib ki, Regional Fəaliyyət Qrupunun məqsədi Dördüncü sənaye inqilabı, eləcə də dəyişən siyasi və iqtisadi mühitdə Avrasiya regionunun inkişafının istiqamətləndirilməsinə dəstəyin verilməsidir.
İclasda karantin rejimindən çıxış strategiyaları üzrə koordinasiyanın vacibliyi, postpandemiya dövrünə hazırlıq, təchizat zəncirinin dayanıqlılığının artırılması, “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Qeyd edək ki, Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun birinci iclası aprelin 30-da keçirilib.
Femida.az
Oxunub: 1094
Oxşar xəbərlər
- Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Mikayıl Cabbarov xarici ölkələrin sahibkarlarını Azərbaycana dəvət etdi
- Mikayıl Cabbarov İsrailin xarici işlər naziri ilə görüşüb
- Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı açıqlama
- Mikayıl Cabbarovdan SOCAR-la bağlı açıqlama
- Mikayıl Cabbarov iranlı həmkarı ilə görüşüb
- Mikayıl Cabbarovdan gənclərə dəvət - VİDEO
- Mikayıl Cabbarov Moskvada sədr seçildi
- Mikayıl Cabbarovdan ÜDM ilə bağlı sevindirici PROQNOZ
- Mikayıl Cabbarov yeni kollektivə təqdim olunub - İqtisadiyyat naziri kimi