Parlamentdə bir neçə sənəd müzakirə ediləcək
10:02 20 May 2020
Mayın 20-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası olacaq.
Milli Məclisdən Femida.az -a verilən məlumata görə, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə məsələlərə baxılacaq.
Gündəlikdəki bu dörd qanun layihəsinə dair deputatların rəy və təklifləri dinləniləcək. Sonra komitə üzvləri cari məsələlərlə əlaqədar fikir mübadiləsi aparacaqlar.
Femida.az
Oxunub: 866
Oxşar xəbərlər
- Parlamentdə bələdiyyələrlə bağlı hesabat veriləcək
- Parlamentdə vaksinasiya ilə bağlı dinləmə başlayır
- Parlamentdə Zəfər Günü ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq
- Parlamentdə dövlət büdcəsi haqqında qanuna dəyişiklik müzakirəyə çıxarılacaq
- Parlamentdə 12 layihənin müzakirəyə çıxarılması təxirə salınıb - SİYAHI
- Parlamentdə bəzi qanunlar qəbul edilib
- Parlamentdə yeni şöbə və sektor yaradıldı
- Parlamentdə “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsi müzakirə olunacaq
- Parlamentdə Məmmədyarovun məktubu oxundu
- Parlamentdə TÜRKAP nümayəndələri ilə görüş keçirilib