"Azərsu" 2,7 milyon manatlıq 3 tenderə yekun vurub


10:17     20 May 2020 azersu.jpg

"Azərsu" ASC içməli su təchizatı sistemlərində suyun xlorator tipli qurğularla zərərsizləşdirilməsi üçün lazım olan avadanlıqların satın alınması (1), generatorlarının əsaslı təmiri işləri (2), diyircəkli yastıqların satın alınması(3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

Femida.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, ilk 2 tenderin qalibi "Universal PRO", 3-cü tenderin qalibi isə "Hidsab" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 363 737 manat, 1 944 876 manat və 435 719 manat, ümumilikdə 2 744 332 manat ödəniləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 669