Azərbaycandan Qazaxıstana 43 nəfər yola salındı


10:57     20 May 2020 2020/05/28247598-83E3-4BBD-9850-2FCE83F7A687_1589958007.jpeg

Koronavirus pandemiyası ilə bağlı sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan 7 nəfər Azərbaycan, 1 nəfər Rusiya vətəndaşı dəniz yolu vasitəsilə Qazaxıstana yola salınıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən Femida.az-a verilən məlumata görə, xüsusi karantin rejimində tətbiq olunan yumşalmalar və iki ölkə arasında əldə olunan razılıq əsasında sərnişinlər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Professor Gül" gəmi-bərəsi ilə 19 may saat 22:30-da Ələt qəsəbəsində yerləşən Bakı limanından Kurık limanına göndərilib.

Sərnişinlərin hər biri yola salınmazdan öncə koronavirusa qarşı testdən keçiblər. Həmin şəxslərdə koronavirus aşkar edilməyib. Sərnişinlərin test xərclərini ASCO üzərinə götürüb

Femida.az

Açar sözlər:

Oxunub: 711