Vüsal Hüseynov: “Readmissiya prosesi bütün dünyada dayandırılıb”


11:36     20 May 2020 vusal%20huseynov.jpg



“Pandemiya ilə əlaqədar olaraq, readmissiya məsələləri dünya üzrə dayandırılıb”.

Femida.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib.

Xidmət rəisi məsələ ilə bağlı xarici tərəfdaş qurumların daməlumatlandırıldığını bildirib: “Bu məqsədlə heç bir geri qaytarılma olmayıb. Ölkədə qaçqın statusu da dayandırılmışdı, artıq qəbul edirik. Xidmət pandemiya dövründə Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, fasiləsiz, gücləndirilmiş iş rejimində çalışıb. Bu gün “ASAN xidmət” fəaliyyətini bərpa etdiyinə görə miqrasiya xidmətləri üçün müraciət etmək istəyənlər ora gedə bilərlər. “ASAN xidmət” olmayan regionlarda regional miqrasiya idarələrinə gedə bilərlər, mobil tətbiqlə növbə götürmək olar. Region idarələrində qəbul həyata keçiririk, qəbul şöbəsi daxilində əhali sıxlığı azdırsa, bu müraciətlər qəbul edilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 445