Bakıda avtomobil qaçıran şəxs mağazadan oğurluq etdi


11:39     20 May 2020 hebs5.jpg

Bakıda avtomobil qaçıran şəxs tutulub.

Bu barədə Femida.aza Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də K.Qarayevin “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Məmmədov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun mayın 14-də rayon ərazisindəki mağazaların birindən 2 700 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 654