Karantin dövründə Miqrasiya Xidmətinə 92 967 zəng daxil olub


12:15     20 May 2020 2020/05/CDC02BC2-1D02-4FA8-A3A3-33CA78739F77_1589962420.jpeg

Karantin müddətində Dövlət Miqrasiya Xidmətinin 24 saat fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb. Mart ayından mayın 15-dək Çağrı Mərkəzinə 92 min 967 zəng daxil olub.

Femida.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər”lə bağlı keçirdiyi onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qəbul edilən zənglərin 36 min 337-si müvəqqəti olma müddətinin uzadılması, 24 min 624-ü müvəqqəti yaşama icazəsi, 2 min 701-i iş icazəsi, 2006-sı daimi yaşama icazəsi, 1067-si inzibati xəta, 1444-ü vətəndaşlıq məsələləri, 4 min 408-i olduğu yer üzrə qeydiyyat, 20 min 380-ni isə digər məsələlərlə bağlı olub.

“Bu da ötən illə müqayisədə təqribən 4 dəfə çoxdur. Xidmət rəisi Çağrı Mərkəzinə daxil olan müraciətlərin hər birinin diqqətdə saxlanıldığını və operativ şəkildə cavablandırıldığını bildirib. Bir daha əcnəbilərə istənilən məsələ ilə bağlı (012) 919 - Çağrı Mərkəzinə zəng edə bilmələrini xatırladıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 719