Bakıda mağazadan bahalı planşet oğurlandı


12:33     20 May 2020 2020/05/60CAE390-4EF6-40E8-A1A9-DBD3E066EAEF_1589963119.jpeg

Bakının Xətai rayonunda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, mayın 5-də rayon ərazisindəki mağazaların birindən 235 manat pul, 2000 manat dəyərində planşet, müşahidə kamerası və tütün məmulatı oğurlanıb.

Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini M.Musayev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 706