Baş Prokurorluq vətəndaşın pensiyasını mənimsəyən şəxsi həbs etdi
13:11 20 May 2020
Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması və aidiyyəti sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırmalar aparılmaqla qanunamüvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə küllü miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd olunan qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.
Femida.az
Oxunub: 1194
Oxşar xəbərlər
- Övladlarını diləndirən valideynlər
- Baş Prokurorluq AMEA-dakı qanun pozuntuları ilə bağlı cinayət işinə başlayıb
- Azərbaycanda MTN generalları həbs edildi - RƏSMİ
- Baş Prokurorluqda Kollegiya iclası keçirilib
- Kamran Əliyev Baş Prokurorluqda iclas keçirir
- Məktəbli qızların intiharı ilə bağlı cinayət işi başlandı
- Məhkəmə katibi rüşvət üstündə həbs olundu - RƏSMİ
- Prezident Baş Prokurorluğun yeni binasının açılışını edib - FOTOLAR
- Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib
- Baş Prokurorluqda erməni cinayətləri ilə bağlı 62 cinayət işi başlanıb - 21 şəxs barəsində axtarış elan edilib