İmtahandan kəsilən tələbələr üçün yeni şans


13:19     20 May 2020 20_05_20_1589966425.jpg


Yeni qaydalara əsasən, tələbənin bir və ya bir neçə fəndən akademik borcu yaranarsa, ona həmin fənlərdən təkrar imtahan vermək üçün şans yaradılacaq.

Femida.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarına dair sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, əvvəllər tələbəyə maksimum 2 fəndən təkrar imtahan verməyə icazə nəzərdə tutulurdu: “Yeni qaydaya görə, bu məhdudiyyət aradan qaldırılıb və limit yoxdur. Tələbə kəsildiyi fəndlərdən heç bir məhdudiyyət olmadan növbəti semestrə qədər imtahanda iştirak edəcək və bu imtahanlar ödənişsiz olacaq. Əvvəllər tələbə kreditin 25 faizini ödəyib təkrar imtahanda iştirak edirdi. Əgər tələbənin əvvəlki illərdən kəsiri qalıbsa, o zaman onun həmin fənlərdən imtahan verməsinə şərait yaradılacaq. Lakin burada məhdiyyət qoyulub. Tələbə əvvəlki illərdən qalan maksimum 2 fəndən yenidən imtahan verə bilər”.

Femida.az

Açar sözlər: #təhsil  

Oxunub: 792