Təhsil Nazirliyindən tələbələrə təqaüd xəbərdarlığı


13:21     20 May 2020 1451116466_telebe-1.jpg


Əgər tələbənin yay imtahan sessiyasında 3 fəndən akademik borcu yaranırsa və sentyabrın 15-ə qədər onun üçün yaradılan imkandan istifadə etməsə, yəni kəsildiyi fənlərdən yenidən imtahan verməsə, o halda həmin tələbə təqaüddən məhrum olunacaq.

Femida.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarına dair sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, sentyabrın 15-ə qədər tələbə kəsildiyi fəndən imtahan verib nəticəsini düzəldə bilərsə, təqaüd almaq müsabiqəsində iştirak edə biləcək: “Lakin əvvəl belə şans verilmirdi. Bu, o demək deyil ki, tələbə təqaüd alacaq. Bilirik ki, təqaüd almaq üçün müəyyən limit var”.

Femida.az

Açar sözlər: #təqaüd   #tələbə  

Oxunub: 672