Qarabağda erməni hərbçi intihar etdi


13:58     20 May 2020 20_05_20_1589967752.jpg


Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçu intihar edib.


Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, 2000-ci ildə anadan olan Henrik Aramyan ötən gün yerli vaxtla 20:30-da xidmətində olan odlu silahdan başına atəş açıb.

Hərbçi aldığı xəsarətdən hadisə yerində ölüb. Qeyd olunub ki, Henrik Aramyan xidmət yoldaşları tərəfindən incidildiyi üçün özünü vurub. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #erməni  

Oxunub: 807