Rusiyalı nazirin azərbaycanlı müavini vəzifədən azad edildi


14:20     20 May 2020 20_05_20_1589970106.jpg


Rusiyanın Baş naziri Mixail Mişustin Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.


APA-nın məlumatına görə, Baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.

2008-2012-ci illərdə İqtisadi İnkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.

Femida.az

Açar sözlər: #Rusiya   #nazir  

Oxunub: 726