Bakıda fəhlə səkkizinci mərtəbədən yıxılıb öldü
16:00 20 May 2020
Bakının Qaradağ rayonundakı tikinti sahəsində bədbəxt hadisə qeydə alınıb.
Mayın 19-da, saat 16:00 radələrində Lökbatan qəsəbəsində “Bakı Cənub Qapısı” yaşayış kompleksinin ərazisində hündürmərtəbəli binanın inşası zamanı Quba rayon sakini, 1972-ci il təvəllüdlü fəhlə Abbas Sultanov səkkizinci mərtəbədən yıxılaraq həyatını itirib.
Hazırda Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, bu, iş yerində ölümlə nəticələnən ilk hadisə deyil. Azərbaycanda tikinti sahələrində təhlükəsizlik tədbirlərinə əməl olunmaması faktları daha əvvəl də qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu yaxınlarda yaydığı hesabata görə, ötən il respublikada 63 nəfərin öldüyü, 239 nəfərin yaralandığı 247 istehsalat qəzası araşdırılıb. / oxu.az
Femida.az
Oxunub: 1094
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Bakıda tikintidə fəhləni yıxaraq ölümünə səbəb olan şəxs həbs edilib
- Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb
- Bakıda 21 yaşlı fəhlə beşinci mərtəbədən yıxılaraq ölüb
- Xudatda tikinti materialları fəhlənin üzərinə aşıb, vəziyyəti ağırdır
- Laçında minaya düşən fəhlə vəfat edib
- Şirvanda mağazada fəhlə xəsarət alıb
- Laçında partlayış: Fəhlə minaya düşdü
- Fəhlələri tikintidə qanunsuz işlədən şəxslər 167 min manata yaxın məbləğdə cərimələnib
- Gəncədə fəhlənin əlində partlayıcı qurğu partlayıb