İspaniya Azərbaycana təşəkkür etdi
16:09 20 May 2020
İspaniya Xarici İşlər naziri Arança Qonzalez Laya Heydər Əliyev Mərkəzinin binasının üzərində İspaniya bayrağının işıqlandırılması ilə bağlı həmrəylik ismarışına görə Azərbaycana təşəkkür edib.
Femida.az xəbər verir ki, İspaniya XİN başçısı mayın 20-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla telefon danışığı zamanı ölkəsinin minnətdarlığını çatdırıb.
Arança Qonzalez Laya həmçinin qlobal sağlamlıq böhranına qarşı birgə mübarizəyə dəstək ifadə edən məktubuna görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edib.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün koronavirusdan zərər çəkən dövlətlərin bayraqları həmin ölkələrin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunub. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
Koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ, Gürcüstan və Avropa İttifaqının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.
Femida.az
Oxunub: 1092
Oxşar xəbərlər
- İspaniyanın baş prokuroru Rusiya ilə bağlı istintaq başladıb
- İspaniya Türkiyənin Avropa İttifaqında olmasının tərəfdarıdır
- İspaniya Türkiyəyə daha 2 təyyarə göndərib
- İspaniyada Konstitusiya məhkəməsi 8 Mart aksiyasına icazə verməyib
- İspaniyada koronavirusdan ölənlərin sayı 19 mini ötüb
- İspaniyada son sutkada koronavirusa yoluxan 619 nəfər ölüb
- İspaniyada pandemiya qurbanlarının sayı 12 minə çatır
- İspaniyada son sutka ərzində 738 nəfər koronavirusdan ölüb
- İspaniyada təyyarə qəzaya uğrayıb
- İspaniyada parlament seçkiləri keçirilir