Yoluxma sayı 5 milyonu ötdü - Koronavirusla bağlı son rəqəmlər


16:15     20 May 2020 20_05_20_1589977298.jpg


Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu ötüb.

Femida.az xəbər verir ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı hazırda 3 011 148 nəfər təşkil edir.

Onların 325 420 nəfəri virusun qurbanı olub.

Məlumata görə, pandemiyanın başlanğıcından bu yana 1 976 348 insan sağalıb. Hazırda dünyada 45 mindən çox pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycanda hazırki yoluxma sayı 3518, ölüm sayı isə 41-dir.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 1653