18:00-dan sonra gizlicə işləyən restoran aşkarlandı
17:00 20 May 2020
Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəbul edilən qaydalara əsasən bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.
Amma bəzi resoran və kafelər fəaliyyətlərini qeyd edilən saatlardan əlavə davam etdirməyə cəhd göstərsələr də, polis əməkdaşları tərəfindən bunun qarşısı alınır. Sonuncu belə tədbir zamanı Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən paytaxt sakini Nurəli Mənsimova məxsus “Nar” restoranın saat 18:00-dan sonra da işlədiyi məlum olub.
Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi, Post Patrul Xidməti Bölüyü və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq müəyyən edilən saatlardan kənar gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi müəyyən edilib. Həmçinin restorana baxış zamanı müştəriləırin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib.
Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər. Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.
Femida.az
Oxunub: 1280
Oxşar xəbərlər
- Meymun çiçəyi xəstəliyinə görə karantin başladı
- Azərbaycanda qüvvədə qalan KARANTİN QADAĞALARI - SİYAHI
- Son dəqiqə! Azərbaycanda karantin rejimi yumşaldıldı
- Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
- Qaxda reyd keçirilib, karantin qaydalarına riayət etməyənlər cərimələnib
- Bakıda "26-lar" kafesinin sahibinin oğlu karantini pozduğu üçün axtarışa verilib
- Karantin müddətinin azaldılması yanvarın 24-dən əvvəl yoluxanlara da aiddir - RƏSMİ
- Azərbaycanda karantin rejimini pozaraq cərimələnən şəxslərin sayı açıqlanıb
- Cəlilabadda şadlıq sarayının karantin qaydalarını pozan sahibi həbs olunub
- Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır