Elektron vizanın verilməsinə dair yeni prosedur qanunvericiliyə daxil edilib


18:52     20 May 2020 prezident%20is%20adamları.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.

Qanuna əsasən, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsinə yeni prosedur qanunvericiliyə daxil edilib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli fərmanı “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib, elektron viza birdəfəlik və çoxdəfəlik elektron vizalara bölünüb. Müəyyən edilib ki, birdəfəlik və çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində verilir. Eyni zamanda, Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılacaq, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza veriləcək.

Açar sözlər:

Oxunub: 830