ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi


20:22     20 May 2020 2020/05/4b2ec13f-697d-427e-b358-75187382ce61_1589995384.jpg

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın bəzi təşkilatlarına və rəsmi şəxslərinə sanksiya tətbiq edib.

Femida.az xəbər verir ki, iranlılara qarşı insan hüquqlarını ciddi pozduqlarına görə, daxili işlər naziri Əbdülrza Rəhmani Fəzliyə, Qanun Mühafizə Qüvvələrinin (LEF) komandiri Hüseyn Əştəri Fərdə, onun müavini Əyyub Süleymaniyə, Müdafiə və Kəşfiyyat Təşkilatının rəhbəri Möhsün Fəthizadəyə və daha üç nəfər vəzifəli şəxsə, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xuzistan ostanındakı bazasının komandiri, briqada generalı Həsən Şəhvərpur Nəcəfabadiyə, “Bünyad Taavon NAJA” koperativ fondunun rəhbər şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Qeyd olunur ki, LEF-in nəzarət etdiyi adıçəkilən fond İranın enerji, inşaat, xidmət, texnologiyalar və bank sektorlarında aktivlərə malikdir.

Açar sözlər:

Oxunub: 1073