Putin Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı tapşırıq verdi


09:14     21 May 2020 959870-vladimir-putin.jpg

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələri üçün Azərbaycanın səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət mexanizminin işlənib hazırlanması barədə tapşırıq verib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, bu barədə tapşırıq Dağıstan Respublikasının rəhbərliyi ilə keçirilən videomüşavirədən sonra verilib.

Rusiya Prezidenti Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Agentliyi və Dağıstan Respublikasının Hökumətinə Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələrinin təşkili üçün Azərbaycanın səlahiyyətli orqanları ilə operativ qarşılıqlı fəaliyyət mexanizmi işləyib hazırlamağı tapşırıb.

Eyni zamanda, Putin epidemioloji vəziyyəti nəzərə alaraq normalara riayət olunmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, koronovirus pandemiyası ilə əlaqədar Rusiya-Azərbaycan sərhədində məhdudiyyətlər yaranıb. (AzərTAc)

Femida.az

Açar sözlər:

Oxunub: 544