25 yaşlı qız Bakıda evlərdən oğurluq etdi


09:28     21 May 2020 hebs_qadin_11111.jpg


Bakıda mənzillərdən oğurluq edilib.

Femida.az-ın məlumatına görə, mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində İ. Abbasovun məxsus mənzilə pəncərədən daxil olunmaqla 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlanıb.

Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N. Əmirovaya məxsus mənzildən 700 manat dəyərində notbuk oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 25 yaşlı Əfsanə Ağayeva tutulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 903