Nazirliyə daxil olan şikayət araşdırıldı
11:53 21 May 2020
Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 1B ünvanında ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az Femida.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda güclü külək nəticəsində qovaq ağacının aşdığı müəyyən edilib. Aşan qovaq ağacı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırılıb.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti mayın 17-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi barədə əvvəlcədən məlumat vermişdi.
Femida.az
Oxunub: 735
Oxşar xəbərlər
- Nazirliyə yeni səlahiyyətlər verildi
- Nazirliyə yeni səlahiyyətlər verilib - Övladlığagötürmə ilə bağlı
- Nazirliyə suallarınızı canlı yayımdan verə biləcəksiz
- Nazirliyə yeni mətbuat katibi təyin edildi
- Nazirliyə üç ayda 548 müraciət edilib
- Nazirliyə bir ildə 160 374 müraciət edilib
- Nazirliyə bir ayda 11 min müraciət edilib
- Nazirliyə 185 müraciət daxil oldu - 182-i həll edildi
- Nazirliyə 3,5 milyon manat ayrıldı
- Nazirliyə 9 mindən çox müraciət daxil olub