"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib


11:55     21 May 2020 2020/05/5D58F2F1-1B85-4547-8D91-D28F79E79439_1590047918.jpeg

"Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" verilişinin mayın 22-nə nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 670