Qadının ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır


12:06     21 May 2020 hokm.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurlan Ağazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əfqan Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib.

Yolu keçən qəsəbə sakini Elyanə Məmişova Bakı şəhər sakini N.Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub.

Sürücü xəsarət almış piyadanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb. Lakin təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova ölüb.

N.Ağazadəyə Cinayət Məcəlləsinin 263.-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 796