Məcburi köçkünlər üçün 7 milyon manatlıq məktəb tikilir


12:17     21 May 2020 2020/05/51A4A477-CA17-4A92-9EF3-7152754D5FDF_1590048653.jpeg

Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış məhəlləsində 1 200 şagird yerlik məktəb binasının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Femida.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Minera” MMC-dir.

Qalib şirkətə 7,2 milyon manat ödəniləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 445