Dövlət 10 milyon maska ehtiyatını təmin edib - RƏSMİ


13:33     21 May 2020 2020/01/tibbi_maska_0254_1580369209.jpg


Azərbaycan bazarı koronavirusa qarşı qoruyucu vasitələrlə, o cümlədən də maskalarla tam təmin olunur.

Nazirlər Kabinetindən Femida.az-a verilən məlumata görə, mayın 12-də 386 min, 13-də 344 min, 14-də 259 min, 15-də 245 min maska satılıb.

"Karantin rejiminin yumşalması ilə əlaqədəar olaraq maskadan istifadənin də artacağı nəzərə alınır. Ölkə gündəlik 450-500 min maska tələbatının ödənilməsinə də hazırdır. Dövlət təqribən 10 milyon maska ehtiyatını da təmin edib", - deyə məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər: #maska  

Oxunub: 550