Dövlət Komitəsi intihar etmək istəyən qızla bağlı araşdırmalara başladı


13:59     21 May 2020 qiz.jpg


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi intihar etmək istəyən qızla bağlı araşdırmalara başlayıb.


Bu barədə "Report"a daxil olan məlumatda bildirilib.

"Kütləvi informasiya vasitələrində körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı informasiya və video material yayılıb. Məsələ ilə əlaqədar bildirmək istəyirik ki, hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və səlahiyyət daxilində məsələnin araşdırılması istiqamətində iş aparılır", - məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər: #AQUPDK  

Oxunub: 794