İki azərbaycanlı İrəvanda erməni xüsusi xidmət orqanlarını ifşa etdi - VİDEO


16:10     21 May 2020 20_05_21_1590062532.jpg

Sosial şəbəkələrdə Ermənistanın paytaxtı İrəvanda iki azərbaycanlı tərəfindən lentə alındığı iddia olunan videogörüntülər yayılıb.

Femida.az xəbər verir ki, həmin şəxslər Azərbaycan və rus dillərində söhbət ediblər.

"Biz yenidən Azərbaycanın qədim şəhəri olan İrəvandayıq. Pandemiya səbəbindən burada qalmışıq. Öz həmvətənlərimizi qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə təbrik edirik. Söz veririk ki, növbəti video Şuşada çəkiləcək. Buradan Ermənistanın xüsusi xidmət orqanlarına səslənirəm ki, qətiyyən işləyə bilmirsiniz"", - deyə kimliyi bilinməyən şəxs söyləyib.



Femida.az

Açar sözlər: #İrəvan   #Ermənistan   #video  

Oxunub: 2714