Milli Şurada daha bir istefa


16:22     21 May 2020 20_05_21_1590063360.jpg

Hüquqşünas Namizəd Səfərov Milli Şuradan istefa verib.

Femida.az xəbər verir ki, N.Səfərov bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, istefasına səbəb kimi Milli Şuranın qalmaqallı videolarının yayılmasını göstərib:
“Milli Şuranın nüfuzuna başqaları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilib. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram”.

N.Səfərov bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətinin Milli Şura tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək istefa qərarı verib.

Qeyd edək ki, bundan öncə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev və Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı təşkilatdan istefa verdiklərini açıqlayıblar.

Femida.az

Açar sözlər: #Milli#Şura  

Oxunub: 591