İlin birinci rübündə ölkədə 29 minə yaxın yaxın uşaq doğulub, 16 min nəfər ölüb


17:05     21 May 2020 azcan%20ehali.jpg


Cari ilin yanvar-mart aylarında ilkin məlumatlara əsasən, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28 690 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,6 təşkil edib.

Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, doğulanların 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarıdır. Körpələrin 724-ü əkiz, 21-i isə üçəm doğulanlardır.

2020-ci ilin birinci rübündə ölkədə 16008 ölüm halı qeydə alınıb. Bildirilib ki, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5 təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 337