Gəncə sakini özünə xəsarət yetirib


21:50     21 May 2020 20_05_21_1590082170.jpg

Gəncənin Köhnə Ət kombinatı adlanan ərazisində şəhər sakini özünə xəsarət yetirib.

Femida.az -ın məlumatına görə, 1993-cü il təvəllüdlü Hüseynov Röyal Dilqəm oğlu bədənin çoxsaylı kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib.

Müayinə zamanı onun qolları, boyunu, qarın nahiyəsi və bədənin bir sıra yerlərinin kəsilməsi aşkar olunub. R.Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 668