Bakıda 6 avtomobil qəzaya uğrayıb, ölən və yaralanan var


09:20     22 May 2020 20_05_22_1590121300.jpg

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, qəza Ağ Şəhər Bulvarının ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol kənarında hərəkətsiz dayanan 5 avtomobilə çırpılıb. Qəza nəticəsində E.Almazov ağır bədən xəsarətləri alıb.

Sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 879