Bakıda avtomobil qadının ayağının üstündən keçdi


09:27     22 May 2020 xestexana00.jpg

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Femida.az xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Muradova Esmira Əvəz qızının sol ayağının üzərindən keçib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 373