Moskvada koronavirusdan daha 73 nəfər ölüb


10:12     22 May 2020 2020/03/koronavirus_1585572132.jpg

Rusiyanın paytaxtı Moskva şəhərində son 24 saat ərzində koronavirusa yoluxan xəstələrdən 73 nəfər ölüb.

Femida.az xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Moskvada koronavirusdan ölənlərin sayı 1 867 nəfərə çatıb.

Ölənlərdə, həmçinin, sətəlcəm diaqnozunun müşahidə edildiyi vurğulanıb.

Açar sözlər:

Oxunub: 319