Bakıda cinayətə görə saxlanılan dəstə üzvlərindən silahlar götürülüb


10:48     22 May 2020 2020/05/1590124715717_H4YhlTPv_1590125876.jpg

Bakıda quldurluq edən dəstə üzvləri saxlanılıb.

APA-nın məlumatına görə, mayın 20-də, saat 23 radələrində Babək prospektində naməlum şəxslər Bakı şəhər sakini R. İskəndərovun 650 manat pulunu quldurluq yolu ilə talayıblar.

Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətmiş Cahangir Nağıyev, Şahmar İsazadə, Röyal Mirzəyev və Rahil Həsənov saxlanılaraq, 23-cü Polis Bölməsinə təhvil veriliblər.

Davam etdirilən tədbirlərlə R.Mirzəyevin idarə etdiyi "Hunday" markalı avtomobilə baxış zamanı 1 ədəd kustar üsulla hazırlanmış bıçaq, balta, 16 çaplı qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 609