Rusiyada koronavirusdan 3249 nəfər ölüb


11:45     22 May 2020 2020/03/turkiye-koronavirus_1585661288.jpg

Rusiyada son sutka ərzində daha 8894 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az
-ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 326 448 nəfərə çatıb.

Son sutka ərzində 150 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3249 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 99 825 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.

Açar sözlər:

Oxunub: 497