Keçmiş məhkumlar bu dəfə qoyun oğurladılar - FOTO


13:25     22 May 2020 2020/05/D8233905-26C0-41CB-B558-DFE21D4E9605_3180279234.png

Qəbələ vətəndaşa məxsus şəxsi təsərrüfatdan naməlum şəxs və ya şəxslər tərəfindən 12 baş qoyunun oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xırdabuynuzlu heyvanları oğurlayan şəxslərin rayonun Kürd kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Məhəmməd Məmmədxanov və Anar Aslanov, həmçinin Ağdam rayon sakini Vahid Qəhrəmanov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər heyvanları oğurladıqdan sonra A.Aslanova məxsus həyətyanı sahədəki tövlədə gizlədiblər. Xırdabuynuzlu heyvanlar həmin yerdən götürülərək sahibinə geri qaytarılıb.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 582