Məhkəməyə Əli Kərimli barədə yeni vəsatətlər verildi


16:15     22 May 2020 1398947325_mehkeme3.jpg

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.

Femida.az xəbər verir ki, prosesdə cavabdeh tərəfdən heç kim iştirak etməyib.

Şikayətçi Aydın Əliyev hakimdən söz istəyərək, qarşı tərəfin məhkəmənin tarixindən xəbərdar olduğunu, gəlməməklə prosesi uzatmaq istədiklərini bildirib.

Daha sonra A.Əliyev iş üzrə məhkəməyə yeni vəsatətlər təqdim edib.

Hakim Rəşid Səmədov qarşı tərəfin prosesə qatılmadığını nəzərə alaraq növbəti məhkəmə iclasının 2 iyun tarixinə təyin olunduğunu bəyan edib.

Qeyd edək ki, A.Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsindən qanunsuz olaraq kənarlaşdırıldığını iddia edərək partiya rəhbərindən məhkəməyə şikayət edib.


Femida.az

Açar sözlər:

Oxunub: 706