Xaricdən qayıtmaq istəyən vətəndaşların təxliyəsi ödənişlidir


18:27     22 May 2020 4K-AZ86-AZAL-Azerbaijan-Airlines-Airbus-A340-500_PlanespottersNet_390592.jpg


“Karantin rejiminin tətbiq edildiyi və xüsusən də uçuşların dayandırıldığı ilk günlərdə xaricdə qalan vətəndaşlarımızın Azərbaycana gətirilməsi dövlət hesabına həyata keçirilirdi. Bu müddət ərzində 10 mindən çox vətəndaşımız ölkəmizə gətirilib”.

Femida.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Artıq bundan sonrakı mərhələdə xaricdə olan vətəndaşların ölkəmizə təxliyəsi ödənişli həyata keçirilir”, - İ.Məmmədov deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 901