Başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bu məsuliyyətdən azad olundu


19:17     22 May 2020 miqrasiya%20xdmedi.jpg


Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun barədə açıqlama verib.


Femida.az-ın xəbərinə görə, o qeyd edib ki, Prezidentin imzaladığı yeni qanuna əsasən, başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarının 1 ay müddətində bu barədə məlumat verməməsi artıq cinayət məsuliyyətinə səbəb olmayacaq:

"Bu şəxslər 1 aylıq müddətin keçməsinə baxmayaraq, artıq heç bir əlavə narahatlıq olmadan məlumat verə bilərlər. Məlumat Miqrasiya Xidmətinin internet səhifəsi vasitəsilə elektron qaydada göndərilə bilər".

Femida.az

Açar sözlər: #miqrasiya  

Oxunub: 625