Nuray Mərt Can Dündarı tənqid elədi


22:30     22 May 2015 Nuray%20Mert9.jpg

"Cümhuriyyət" qəzeti yazarı Nuray Mert qəzetin ümumi nəşr redaktoru Can Dündarı tənqid etdi.


“Cümhuriyyət” qəzeti ümumi nəşr redaktoru Can Dündarın "HDP kənardan dəstəyə razıdır" manşeti ilə əlaqədar başlayan müzakirəyə həmin qəzetin yazarı Nuray Mərt də qoşuldu. Nuray Mərtin fikrincə HDP lideri Səlahəddin Demirtaşıla xüsusi söhbətdən belə bir eyham çıxsa da, bunun manşetə qoyulması lazım deyildi.

"Mövcud siyasi atmosferi nəzərə alaraq belə bir gedişatın HDP ilə bağlı şübhələri daha da artıracağı nəzərə alınmalı idi" - deyə Nuray Mərt vurğuladı.

"Yazdığım qəzetlərin başlıqlarına müdaxilə etmə haqqını özümdə görmürəm, amma müstəqil biri olaraq, reaksiya vermə haqqımın da olduğunu düşünürəm. Bu mənada, qazetimizin çərşənbə günü “HDP kənardan dəstəyə razıdır” manşetini ən az HDP-liler qədər yadırgadığımı ifadə etmək istəyirəm. “Ən az HDP-liler qədər” deyirəm, çünki manşetə mövzu olan Dəmirtaşın Adıyaman mitinqindən sonra “Cümhuriyyət” qəzetinə verdiyi müsahibədə mən də var idim. Yazdığım qısa yazda da vurğuladım ki, Dəmirtaş ilə etdiyimiz görüş səmimi söhbət havasında keçdi. Hərdən qarşılıqlı söhbətlərə də daldıq, bəlkə o əsnada Dəmirtaşın ümumi siyasət üzərinə etdiyi şərhlərdən manşetə mövzu olan şərhi çıxarmaq mümkün idi, dəqiq deyə bilmirəm " - deyə Can Dündar münasibət bildirdi.

Demirtaşın xüsusi söhbətindən çıxan təəssüratın manşetə qoyulmasını tənqid edən Nuray Mert bu ifadələrdən istifadə etdi:

"Məncə əsl əhəmiyyətli olan, söhbət içindən çıxan bu fikrin manşetə qoyulmasıdır. Düşünürəm ki, Dəmirtaşın söylədiyi bu fikirlərdən pis niyyətli nəticə çıxarmaq lazım deyildi. Mövcud siyasi atmosferi nəzərə alaraq belə bir gedişatın HDP ilə bağlı şübhələri daha da artıracağı nəzərə alınmalı idi"

Mübahisə o manşetlə başladı.

Can Dündar, Səlahəddin Demirtaş və Sırrı Süreyya Öndərin də aralarında olduğu HDP-nin irəlidə gələn şəxsləri ilə etdiyi görüşü yazısında belə izah etdi.

"HDP-nin əldə etdiyi məlumatlardan ortaya çıxır ki, iqtidarda olan partiyanın 40% səs qazanacağı görünür. Buna görə də təkbaşına hökumət qurmaq çətin olar ... "- deyə Can Dündar vurğuladı.

Can Dündar ""Ədalət və İnkişaf” partiyası yenidən hakimiyyətə gəlsə HDP ilə bir koalisiylı hokumət qurulması ehtimalı varmı?" şəklindəki sualına Demirtaş və Öndərin cavabını belə yekunlaşdırdı:

" Buna həvəsli deyillər. Belə bir koalisiyanın partiyalarına çox zərər verəcəyinə inanırlar. Ancaq AKP yenidən hakimiyyətə gəlsə,HDP onlara kənardan dəstək verə bilər" - ifadəsini söylədi.

HDP lideri Demirtaş Dündarın yazısına "tam olaraq, pis niyyət deyil, yanlış anlama" - cavabını vermişdi. Dündar növbəti gün yazdığı yazıda "Müzakirələrə başdan sona açığıq" deyərək xəbərinin arxasında dayandı və "Biz şahidlərimizə də güvənərək mövqeymizdən geri çəkilmərik"

Açar sözlər:

Oxunub: 804