1 035 müəllim müddətsiz müqavilə ilə işləmək hüququ qazandı
19:59 22 May 2020
Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrin nəticələri məlum olub.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, müsahibələrdə iştirak etmiş 1 228 namizəddən 1 035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.
Müsahibə nəticələri barədə məlumat yaxın saatlarda namizədlərin şəxsi səhifəsinə göndəriləcək.
Qeyd edək ki, onlayn müsahibədə iştirak etməyən namizədlərin avqust ayında ənənəvi müsahibədə iştirak hüququ saxlanılır. Eyni zamanda onlayn mərhələdə uğur qazanmamış namizədlərə ənənəvi müsahibələr keçirilən zaman apelyasiya müraciəti etmək imkanı yaradılacaq.
Femida.az
Oxunub: 890
Oxşar xəbərlər
- 17 yaşlı oğlan bıçaqlanıb
- 15 il axtarışda olan qadın tutuldu
- 14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? – Gizli qəhrəman
- 16 noyabrda döyüşlərdən qaçan erməni komandir tutuldu
- 147 abituriyent buraxılış imtaanlarından azad edilib
- 11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirilib
- 177 kilometr uça bilən elektrotəyyarə
- 19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO
- 17 kollecə publik hüquqi şəxs statusu verilir
- 102 tələbəyə Prezident təqaüdü verildi - Sərəncam