Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi qaydası təsdiqləndi
20:24 22 May 2020
Nazirlər Kabineti “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın təsdiq edib.
Femida.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci və 58-ci maddələrinin ikinci hissələrinə əsasən hazırlanıb.
Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.
Ekoloji ekspertiza dövlət və ictimai ekoloji ekspertiza formalarında həyata keçirilir.
Bu Qaydada istifadə olunan əsas anlayışlar “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan mənaları ifadə edir.
Sənədlə dövlət ekoloji ekspertizasının həyata keçirilməsi, ictimai ekoloji ekspertizanın təşkili və həyata keçirilməsi də müəyyənləşib.
Femida.az
Oxunub: 1563
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib