İlham Əliyev: "Biz bu virusla yaşamalı olacağıq"
21:54 22 May 2020

"Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq. Ona görə də düşünürəm ki, bu ehtiyat tədbirləri, əlbəttə, artıq bizim həyatımıza çox uzun müddətə daxil olub. Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var".
Femida.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda deyib.
"Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib. Əlbəttə ki, mən sizin bəşəriyyətin özünü qorumasına yardım etmək üçün texnologiyalar təşəbbüsünüzü tam dəstəkləyirəm", - dövlət başçısı bildirib.
Femida.az
Oxunub: 711
Oxşar xəbərlər
- Ermənilər Natəvanın məzarını dağıdıb, sümüklərini aparıblar - Fotolar+Video
- Fərman İsmayılovun nəşi Türkiyəyə yola salınır - FOTO
- Qubadlının Dəmirçilər kəndinin görüntüləri - VİDEO
- Koronavirusdan ölüm sayı 3100-ə çatdı - Azərbaycanda
- “YAŞAT" qazilərə dəstəyini davam etdirir - Fotolar
- Şirvanda həkimlərin maaşlarını ala bilmir - TƏBİB-dən AÇIQLAMA
- Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi - SƏRƏNCAM
- "Azərbaycanda internet azaddır" - İlham Əliyev
- "Laçın və ya Kəlbəcərdə beynəlxalq hava limanı tikiləcək" - Prezident
- Yeni nazir Rəşad Nəbiyev kimdir? - DOSYE